تبليغاتX
orartor

داغ باشیندا گول اولام

قفسده بوبلبول اوللام

بیوفا یار الیندن

اودا یانیب کول اوللام

  

آرازکیمی بولاننام

باغچاکیمی سولاننام

الیم سنه چاتینجا

هر طرفی دولاننام

 

یاتمیشام یارالییام

وطندن آرالیام

باشیم آل دیزین اوستده

من دئییم هارالیام

 

آرازام کوزه بندم

بولبولم گوله بندم

من گئدرگی قوناغام

بیر شیرین دیله بندم

 

باغچالاری بزه رم

آیریلیغا دوزه رم

یاردان خبر گلمسه

من سرگردان گزه رم

 

Əgər bir gün cəsarətimi yığıb sənin yanına gəlsəm. Səndən sevgi dilənməyə yox, səndə qalmış ürəyimi səndən almağa gələcəyəm

Bir gün sən də sevəcəksən, sevginin qədrini biləcəksən. Sevdiyin səni atsa əgər, bu sevgiyə nifrət edəcəksən

Mən səni sevəndə elə bildim ki, bəxtimə yazılan ad olacaqsan. Haradan biləydim ki, gəlib ömrümə qəlbimi yandıran od olacaqsan.

Bu dünya dediyin bir qəmli valdı, dinlədim gözlərim xəyala daldı. Amansız hökmünü verdi ayrılıq, Taleyim eşqimi əlimdən aldı

Sən getdin uçmağa, qırıldı qanadım, sən getdin yox oldu hər arzu, muradım, sən getdin gözümdə yuxu yox, röya yox, sən getdin mənim üçün bu dünya yox.

Sənə getmə deyə bilmirəm. Sənə get də deyə bilmirəm. Ancaq istəməsəm də deyirəm. Özümü bunu istədiyimə inandırmaq istəyirаm. Mümkün olmayacağını bilə-bilə. Sözlərimlə, sənə söylədiyim son sözlərimlə qəlbini incitdiyimi də bilirəm, səni əbədilik itirdiyimi də... Səndən ayrılmağı istəmirəm. Sənsiz həyatımın bircə anını da istəmirəm. Mənə hər anın verdiyi əzab və iztirablardan qurtarmaq üçün kim bilir nələrə qatlaşmazdım؟

Mən sənin sevgindən dəniz oldum, amma susuzam. Çünki, sənsizəm

 

+ نوشته شده در شنبه یازدهم خرداد 1387ساعت 14:21 توسط opal |