Bu yanda Qarabağ,
O yanda Qaradağ.
“Qara” ilə başlayır
Bu yerlərin adları.
“Qara” böyük deməkdir,
Böyük bağlı - bağatlı,
Qara baxtlı Qarabağ.
Qaradağ böyük dağdır.
“Qara” böyük deməkdir
Böyük türkün dilində.
Qara günlər çox görüb,
Görənək gözlərində.
Araz özü ayırır
Qarabağ, Qaradağı.
Taleləri, adları
Qarabaxtlı torpaqlar.
Ağrıdağ Arsax olub
Daşnakların dilində.
Dilimiz axsaq olub
Dinsizlərin içində.
Arsax Ərsax sözündən,
“Ər kişi”dir mənası.
Haylar havalanıbmı,
Kiminlədir davası?
Qara qanlar içilmiş,
Qara donlar biçilmiş
Torpaqların boyuna.
Kim qarğamış onları?
Arsız – pirsiz arsaxlar,
Sayıqlayan sarsaxlar
Qoy bilsin bundan sonra
Bircə tük qoparanmaz
Qara - böyük türkümdən!
Müəllif: Hüsen Faxralı
+ نوشته شده در دوشنبه هفتم اردیبهشت 1388ساعت 15:19 توسط opal |